Məşhur “Mimino”nun müəllifi öldü (VİDEO)

Məşhur “Mimino”nun müəllifi öldü (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
SSRİ xalq artisti 85 yaşlı gürcü bəstəkar Giya Kançeli Tiflisdə dünyasını dəyişib.
TİA.AZ  xəbər verir ki, çoxsaylı musiqilərin müəllifi uzun sürən xəstəlikdən sonra vəfat edib.
“Interpressnews”in verdiyi məlumata görə, o son vaxtlar İsrail-Gürcüstan angioloji və kardioloji klinikasında müalicə alıb.
Qeyd edək ki, Giya Kançeli Tiflis konservatoriyasında təhsil alıb. 1972-ci ildən Şota Rustaveli adına Dövlət akademik teatrında musiqi bölməsinin müdiri, həmçinin Gürcüstan Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışıb. “Mimino” da daxil olmaqla bir sıra sovet filmlərini üçün mahnı bəstələyib.