Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində yeni təyinat olub.
Tribuna.az xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov Əmr imzalayıb.
Əmrə əsasən, Sadiq Fərhad oğlu Axundov baş direktor təyin edilib.
Bununla da AMB-nin baş direktorlarının sayı 10-a çatıb.
Qeyd edək ki, S.Axundov əmək fəaliyyətinə 2009-cu ildən başlayıb. “Azəriqazbank”, “Amrahbank”, “ZiraatBank Azərbaycan”da müxtəlif vəzifələrdə çalışıb.
2024-cü ildən Mərkəzi Bankda Sədrin ofisi departamentinə məsləhətçi təyin edilib. İndiki təyinatadək AMB-nin İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru olaraq çalışıb.









