Almaniya kansleri Angela Merkel işgüzar səfərlə Yerevana gəlib.
Oxu.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Almaniya hökumət rəhbərini aeroportda Ermənistan baş naziri Nikol Paşinyan qarşılayıb.
Merkelin nümayəndə heyətinə xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Yan Xeker, iqtisadi və maliyyə siyasəti üzrə müşaviri Lars-Xendrik Reller, Avropa siyasəti üzrə müşaviri Uve Korzepius və Cənubi Qafqaz bölgəsinin rəhbəri Matias Lyutenberq daxildir.
Yerevandan sonra Merkel Azərbaycan paytaxtına gələcək.









