Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, universitetin həyətində taxta tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.
Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, Universitetin bir hissəsində yanğın baş verib.
“Tələbələrdən xəsarət alan yoxdur”, deyə məlumatda qeyd olunub.









