“McDonalds” restoranlar şəbəkəsinin bir filialında olan natımizlik və antisanitar vəziyyət gündəm olub.
Tribuna.az xəbər verir ki, Ayna Məmmədova adlı xanım “McDonalds”dakı natəmizliyi videoya çəkib. O bildirib ki, hər tərəf çirk içində olub:
“Bura Tbilisi prospektində yerləşən hiper “Bravo”nun içindəki “McDonalds”dır. İçəridə sanki müqəddəs Qanq çayı axırdı. Hər tərəf çirkli su içində idi. Bir dənə də olsun təmiz masa yox, yer-göy natəmizlik, üfunət və iyrəncliklə dolu idi.
Xırda milçəklər isə elə bil burada beçə vermişdi.
Belə tanınmış bir brendə bu mənzərə heç cür yaraşmır.
Gigiyena qaydalarına bu qədər laqeyd yanaşılması həm müştərilərə hörmətsizlikdir, həm də sağlamlıq baxımından ciddi narahatlıq doğurur”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul










