Maykl Cordanın 40 illik rekordunu təkrarladı

Maykl Cordanın 40 illik rekordunu təkrarladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin “Los Anceles Leykers” klubunun basketbolçusu Luka Donçiç Milli Basketbol Assosiasiyasında (NBA) əfsanəvi Maykl Cordanın uğurunu təkrarlayıb.

Tribuna.az xəbər verir ki, 27 yaşlı idmançının komandası səfərdə “İndiana”ya (137:130) hesabı ilə qalib gəlib.

Donçiç həmin qarşılaşmada 43 xal toplayıb. O, son altı səfər matçında orta hesabla 40 xal toplaya bilib.

Qeyd edək ki, bu nəticəni yalnız 40 il əvvəl – 1986-cı ildə Maykl Cordan göstərib.