Maliyyə Nazirliyi 500 min manatı nəyə xərcləyəcək?

Maliyyə Nazirliyi 500 min manatı nəyə xərcləyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Maliyyə Nazirliyi ötən gün iki tenderin nəticəsini açıqlayıb.

Tribuna.az xəbər verir ki, dövlət qurumu toplam 500 min manatlıq layihələri icra edəcək.

Belə ki, birinci tender ödəniş sistemlərinə uyğun veb servislərin dəstəklənməsi məqsədilə portal.dxa.gov.az saytına texniki xidmət göstərilməsini əhatə edir. “BESTCOMP GROUP” QSC-nin udduğu tenderin dəyəri 476 min 189 manat təşkil edir.

Maliyyə Nazirliyinin keçirdiyi digər müsabiqə isə giriş-çıxışa nəzarət və identifikasiya sistemlərinin yenilənməsi və üz tanıma texnologiyalarının tətbiqi üzrə avadanlıqların satın alınması ilə bağlıdır. “B2B GROUP” MMC-nin qalibi olduğu tenderə görə, nazirlik şirkətə 33 min 424 manat ödəniş edəcək.

Fərda Uğur