Kreml “Şimal Axını 2”-nin tamamlanacağını vəd etdi, ancaq…

Kreml “Şimal Axını 2”-nin tamamlanacağını vəd etdi, ancaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şimal axını-2” qaz kəmərinin yaxın gələcəkdə tamamlanacağına ümid verən müəyyən imkanlar var.

TİA.AZ  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.

Bununla belə, Peskov hansı imkanları nəzərdə tutduğunu və boru kəmərinin tikintisinin dəqiq hansı zamanda başa çatdırıla biləcəyini açıqlamayıb.

“Nə qədər tez olsa, o qədər yaxşıdır”, – Peskov vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın sansiyalarından sonra İsveçrə şirkəti “Allseas” ABŞ-ın qara siyahısına düşmək təhlükəsi üzündən boru çəkmə işində iştirak edən gəmilərini geri çağırıb.