Bu qəbul ilində 1, 2, 3-cu qruplarda yuxarı ballarda ballar düşəcək.
Aşağı ballarda qalxacaq.
Orta ballar stabil olacaq.
Tribuna.az xəbər verir ki, bu barədə təhsil eskeprti Ramin Nurəliyev bildirib. O qeyd edib ki, Bakı şəhərində yerləşən dövlət universitetlərində plan yerlərinin azalması həmin ixtisaslarda ballara təsir göstərəcək:
“Xüsusilə də, 3-cu qruplarda.
Kompüter yönümlü ixtisaslarda dövlət sifarişli yerlərin çoxluğu 250-300 aralığında (rayonlarda və özəl universitetlərdə) pulsuz qəbul imkanı verəcək.
Tibb ixtisasında 15 bal ətrafında ballar qalxacaq. Təxmini 636 ətrafında ehtimal edirəm.
Hüquq ixtisasında ballar 5-6 bal düşəcək.
1-ci qrupda 450 baldan yuxarı getdikcə 5-20 bal ətrafında ballar düşəcək.
Orta ballar stabil, aşağı ballarda azca qalxma müşahidə olunacaq.
2-ci qruplarda 450 baldan yuxarı ballar 10 bal ətrafında düşəcək. 600+ larda 15 bala kimi ola bilər.
Orta ballarda stabil, aşağı ballarda da ciddi dəyişiklik olmayacaq. Bəzi ixtisaslarda 5 bal oynama ola bilər”.
Ekspert əlavə edib ki, rus bölməsində ballar 30 bala kimi artacaq:
“3-cu qruplarda yuxarı ballarda düşəcək, amma bəzi ixtisaslarda xüsusilə də, Bakı şəhəri üzrə plan yerlərinin azalması səbəbilə azacıq qalxa bilər. 350 dən aşağı ballarda artım müşahidə olunacaq.
Xüsusilə də, rus bölməsi 3-cu qruplarda bu özünü ciddi göstərəcək. 30 bala kimi qalxma müşahidə olunacaq.
4-cu qrupda tibb ixtisaslarında qalxma olacaq, amma orta ballarda yeni biotəxnologiya ixtisasının 2 universitetdə açılması vəziyyəti yaxşılaşdıracaq.
5-ci qruplarda dizayn ixtisası ilə idman ixtisaslarında balların düşməsi ehtimal olunur”.
Nigar İxtiyarqızı









