“Karyeramın ən gözəl anlarından biri idi” – Ronaldu

“Karyeramın ən gözəl anlarından biri idi” – Ronaldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ  apasport.az-a istinadən xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu deyib.

Komandasının kapitanı Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin I turu çərçivəsində İspaniya ilə oyunlarını şərh edib. O bildirib ki, 3:3 hesablı nəticə ədalətlidi:

“Gözəl bir komanda ilə qarşılaşmada 2 dəfə önə keçdik. Lakin üstünlüyümüzü qoruya bilməyib, geri düşdük. Sonadək təslim olmadıq, savaşdıq. Nəticədə görüşü heç-heçə bitirdik. Məncə, ədalətli bir yekundu”.

İspaniya ilə matçda het-trik edən futbolçu mundialdakı şanslarını da dəyərləndirib:

“Favorit deyilik, amma liderlərdən biriyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Ronaldu iyunun 20-də Mərakeşlə oyunda qələbə qazanacaqlarına inam ifadə edib. O bildirib ki, bu qələbə növbəti mərhələyə yüksəlmək üçün vacibdi.