KANADADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLDİ – MEŞƏLƏR YANIR

KANADADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLDİ – MEŞƏLƏR YANIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Halifax şəhərində meşə yanğını ilə əlaqədar bir həftəlik fövqəladə vəziyyət elan edilib.

Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Kanadanın cənub-şərqində yerləşən Yeni Şotlandiya əyalətinin paytaxtı Halifax meşə yanğını ilə mübarizə aparır.

Bölgədə sakinlərin təxliyyə edilməsinə və elektrik enerjisinin kəsilməsinə səbəb olan meşə yanğını ilə əlaqədar bir həftəlik şəhərdə fövqəladə vəziyyət elan edilib.

Alovların yaşayış məntəqələrinə çatdığı öyrənilərkən, bütün şəhəri, səmanı tüstü bürüdüyü görülüb.

Halifax Bələdiyyəsi sakinləri hava şəraiti yaxşılaşana qədər pəncərə və qapıları bağlamağa və evdə qalmağa çağırıb.

İlk təxliyələrin aparıldığı Vestvud Hillsdə 10 ev dağılıb.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamada bildirilib ki, təcili tibbi yardım qrupları və yanğınsöndürənlər bütün gün ərzində insanları təxliyə və yanğını söndürmək üçün çalışıblar.

Kanadanın qərbindəki Alberta əyalətində mayın 5-də başlayan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib və minlərlə hektar ərazi külə dönüb.