Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.
Tribuna.az xəbər verir ki, hadisə ilə bağlı İzmir Valiliyi məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 13 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Bundan başqa, dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları və polis əməkdaşları cəlb olunub.
Partlayışın başvermə səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.









