Məşhur aktrisa xəyanətə görə həmin şəxsi yıxıb-sürüdü

Məşhur aktrisa xəyanətə görə həmin şəxsi yıxıb-sürüdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur komediya ustası Yasemin Sakallıoğlu evlilik münasibətlərinə müdaxilə edən şəxslərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Tribuna.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, həyat yoldaşının dostlarından biri ilə arasında yaşanan söhbəti danışaraq həmin şəxsin ərini başqa qadınlarla münasibət qurmağa həvəsləndirməyə çalışdığını bildirib.

Sakallıoğlunun sözlərinə görə, həyat yoldaşının dostu ona deyib: “Qardaş, heç canın çəkmir?”

Bununla həmin şəxsin Yasemini aldatmağı nəzərdə tutduğunu deyən komediya ustası baş verənlərə kəskin etiraz edib. Məşhur sənətçi bu cür davranışların ailə münasibətlərinə ciddi zərər vurduğunu vurğulayaraq dostluqda sədaqət və etibarın vacibliyinə diqqət çəkib.

O, narazılığını ifadə edərkən sərt sözlər işlədib:

“Ətrafda nə qədər şərəfsiz insan var. Evinizə gəlirlər, yeməyinizi yeyirlər. Həyat yoldaşınızın dostu sizinlə də dostluq edir, sonra isə gəlib öz dostunu həyat yoldaşına xəyanət etməyə təhrik etməyə çalışır”.

Yasemin Sakallıoğlu belə davranışların qəbuledilməz olduğunu bildirərək evli insanların münasibətlərinə müdaxilə edilməməli olduğunu söyləyib.

“Bu, böyük əxlaqsızlıqdır. Öz həyatınızda nə istəyirsinizsə, edin, amma ailəli insanların qurduğu nizamı pozmağa çalışmayın”, – deyə o bildirib.