Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Superliqasında 11-ci turun oyunları keçirilir. 

Tribuna.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Erzurumspor” səfərdə “Rizespor”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

8 noyabr

“Rizespor” – “Erzurumspor” – 2:1
Qollar:
Əli Souve, 31, 66 – İbrahim Diabate, 37

Nəriman Axundzadə bu görüşdə də meydana çıxmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd dək ki, bu məğlubiyyətdən sonra xallarını 14-də saxlayan “Erzurumspor” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.