“Bitcoin”in qiyməti 74,2 min dollara kimi enib

“Bitcoin”in qiyməti 74,2 min dollara kimi enib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb.

Tribuna.az  xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 2% ucuzlaşaraq 74 201.19 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə isə 4,89% azalıb.

“Ethereum” 2 120.06 dollara, BNB 681.50 dollara kimi ucuzlaşıb. “XRP” 6,04% ucuzlaşaraq 1.09 dollara, “Solana” da 3,23% ucuzlaşaraq 86.23 dollara enib.

Bununla yanaşı, “Dogecoin” 2,96% ucuzlaşaraq 0.06899 dollara, “Hyperliquid” 4,06% azalaraq 74.22 dollara, “Zcash” 3,75% geriləyərək 1 214.38 dollara düşüb. “Monero”nun qiyməti isə 0,23% azalaraq 595.43 dollar təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində yalnız bəzi rəqəmsal aktivlərdə cüzi artım qeydə alınıb. Belə ki, “TRON” 1,07% ucuzlaşsa da, son 7 gündə 0,99% bahalaşıb. “Tether” və “USD Coin”in qiymətlərində isə ciddi dəyişiklik olmayıb.