İsrail Müdafiə Qüvvələri (SAXAL) İran ərazisinə endirilən zərbələr zamanı Xəzər dənizi sahillərinə yaxın yerləşən hava hücumundan müdafiə sistemlərini hədəf alıb.
Tribuna.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, zərbələrə məruz qalan obyektlər İranın şimalında, meşəlik ərazidə – Xəzər dənizinə yaxın zonada yerləşib.
Ordu qeyd edib ki, hədəflər İsrail ərazisindən təxminən 1600 kilometr məsafədə olub.
İmran Kərimli









