2026 FIFA Dünya Çempionatının böyük finalında planetin iki nəhəng futbol ölkəsi – İspaniya və Argentina yığmaları qarşı-qarşıya gəlib.
Tribuna.az xəbər verir ki, Nyu-Cersidəki “MetLife” stadionunda keçirilən və gərginliyi son saniyəyə qədər davam edən tarixi qarşılaşma “qırmızı furiya”nın minimal hesablı qələbəsi ilə başa çatıb.
Matçın əsas vaxtında qapılara qol vurulmayıb (0:0). Görüşün taleyini həll etmək üçün əlavə vaxta ehtiyac duyulub. İspaniya millisinə dünya çempionluğunu qazandıran yeganə qolu 106-cı dəqiqədə Ferran Torres rəqib qapısından keçirib.
Bu, Argentina üçün 7-ci, İspaniya üçün isə 2-ci final olub. Daha əvvəl Argentina 3 dəfə, İspaniya isə 1 dəfə dünya çempionu olub.
DÇ-2026
19 iyul
Final
İspaniya – Argentina 1:0
Qol: Ferran Torres, 106.
Qırmızı vərəqə: Enso Fernandes, 90+3 (Argentina).
İspaniya: 23 Unai Simon, 12 Pedro Porro, 14 Aymerik Laport, 22 Pau Kubarsi, 24 Mark Kukurella, 8 Fabian Ruis, 15 Aleks Baena, 16 Rodri (k), 10 Dani Olmo, 19 Lamin Yamal, 21 Mikel Oyarzabal.
Ehtiyat oyunçular: 1 David Raya, 13 Xoan Qarsiya, 2 Mark Pubil, 3 Aleks Qrimaldo, 4 Erik Qarsiya, 5 Markos Lorente, 6 Mikel Merino, 9 Qavi, 18 Martin Subimendi, 20 Pedri, 7 Ferran Torres, 11 Yeremi Pino, 17 Niko Uilyams, 25 Viktor Munyos, 26 Borxa İqlesias.
Baş məşqçi: Luis de la Fuente.
Argentina: 23 Emiliano Martines, 3 Nikolas Talyafiko, 4 Qonsalo Montiel, 6 Lisandro Martines, 13 Kristian Romero, 7 Rodriqo De Paul, 15 Niko Qonsales, 20 Aleksis Mak Allister, 24 Enso Fernandes, 9 Xulian Alvares, 10 Lionel Messi (k).
Ehtiyat oyunçular: 1 Xuan Musso, 12 Xeronimo Rulli, 2 Markos Senesi, 19 Nikolas Otamendi, 25 Fakundo Medina, 26 Nahuel Molina, 5 Leandro Paredes, 8 Valentin Barco, 11 Covani Lo Çelso, 14 Exekiel Palasios, 16 Tiaqo Almada, 17 Culyano Simeone, 18 Niko Pas, 21 Xose Manuel Lopes, 22 Lautaro Martines.
Baş məşqçi: Lionel Skaloni.
Baş hakim: Slavko Vinçiç
Nyu-York/Nyu-Cersi stadionu
Xatırladaq ki, daha əvvəl Fransanı 6:4 hesabı ilə məğlub edən İngiltərə seçməsi mundialda üçüncü yeri tutub.










