İsmayıl Atlıxanovun ölkədən çıxışına “stop” qoyuldu

İsmayıl Atlıxanovun ölkədən çıxışına “stop” qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aqua Sport” İdman-Sağlamlıq Mərkəzinin rəhbəri İsmayıl Atlıxanovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Tribuna.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, İsmayıl Atılxanovun rəhbərlik etdiyi “Reformer” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 5065,84 manat borcu yaranıb.

Borc ödəmədiyi üçün 1973-cü il təvəllüdlü Atlıxanov İsmayıl Əşrəf oğlu barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib.

Məhkəmə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.