İşdə əsəbləşib, hirsini arvadından çıxdı — Qohumlarının tərəfini tutursan deyib döydü

İşdə əsəbləşib, hirsini arvadından çıxdı — Qohumlarının tərəfini tutursan deyib döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Bəhruz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Arzuya (adlar şərtidir – red.) xəsarət yetirib.

 Tribuna.az–ın əldə etdiyi məlumata görə, Bəhruz birgə yaşadıqları evdə Arzu ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı arvadının baş və bədən nahiyyələrinə çoxsaylı zərbələr vurub, ona xəsarətlər yetirib.

Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Hadisə ailə münaqişəsi zəminində olub:

“Mən işdə də əsəbləşdim. Daha sonra evdə də əsəbləşərək arvadımı döymüşəm. Onun üz nahiyəsinə 3-4 şillə ilə vurmuşam. Amma təpik və ya yumruq vurmamışam. Hadisədən sonra qardaşı gələrək onu apardı”.

Zərərçəkmiş Arzu ifadəsində göstərib ki, hadisədən əvvəl qohumları arasında pul mübahisəsi ilə bağlı fikrini bildirib:

Bəhruz buna görə əsəbiləşərək “sən qohumlarının tərəfini tutursan” deyə məni döydü. Üz nahiyəmdən, qolumdan 7-8 dəfə yumruqla vurdu. O, məndən üzr istəməyib, onunla barışmıram. Lakin övladımın atası olmasına görə ondan şikayətçi deyiləm. Bəhruzdan boşanacağam, ondan məni ailəm ilə təhdid etməməsini, narahat etməməsini tələb edirəm”.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Bəhruz 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün yaşayış yerini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi, həmçinin Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxması qadağan olunub.

Bundan əlavə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.

Demokrat.az