İran ilk yerli istehsal olan “Fəttah” səsdən sürətli raketini təqdim edib.
Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, raket bu gün İran prezidenti İbrahim Rəisi və İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərinin iştirak etdiyi mərasimdə təqdim edilib.
İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə bildirib ki, dəqiq idarə olunan raket 1400 kilometr uçuş məsafəsinə malikdir və səsdən 15 dəfə sürətlə uça bilir.
Eyni zamanda, 15 min kilometr sürətə çata bilən Fəttahın İsrailin hava hücumundan müdafiə sistemi Dəmir Qübbə və ABŞ- ın ballistik raket sistemləri tərəfindən tutulmadan hədəfi vura bildiyi iddia edilib.
“Bu raketlə mübarizə apara və ya rəqabət apara biləcək heç bir sistem yoxdur”, – Hacızadə bildirib.









