Dünən Kermanşah əyalətinin Pave şəhərində baş verən silahlı hücum nəticəsində SEPAH-ın azı iki zabiti həlak olub, daha iki nəfər isə ağır yaralanıb.
Tribuna.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, yeni yaradıldığı bildirilən “Ümid Günəşi” (Xorşid-e omid) adlı silahlı qrup hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib. Qruplaşma iddia edib ki, öldürülən SEPAH zabitlərindən biri 2022-ci ildə Cavanrud şəhərində keçirilən “Qadın, Həyat, Azadlıq” etirazlarının yatırılmasında iştirak edib.
Fərda Uğur









