Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Tribuna.az xəbər verir ki, 20 vaqondan ibarət, çəkisi 1400 ton olan buğda avqustun 13-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 39 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tonadək Aİ-92 vəAİ-95 benzini ixrac olunub.