Son günlər qarayara xəstəliyinə yoluxma halları artmaqdadır.
Tribuna.az xəbər verir ki, bu barədə danışan pediatr Vaqif Qarayev bildirib ki, 9 nəfərin yoluxması ciddi hadisədir:
“Ona görə xəstə heyvanlarla təmasdan çəkinmək lazımdır. Dəridə kiçik bir yara olsa belə həkimə müraciət olunmalıdr.
Qızdırma, qusma, qanlı ishal, nəfəs darlığı bu xəstəliyə şübhə yaradır.
Torpaqla təmasdan çəkinmək lazımdır”.
Nigar İxtiyarqızı









