Moskva Türkiyənin təklifinə münasibət bildirdi

Moskva Türkiyənin təklifinə münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Qara dənizdə hərbi əməliyyatlara olası moratorium tətbiq edilməsi ilə bağlı hələlik heç bir rəsmi təklif almayıb.

Tribuna.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bəyanat verib.

Diplomat son vaxtlar müxtəlif növ moratoriumlar və atəşkəslərlə bağlı çoxlu çağırışlar eşitdiklərini, bu ideyaların müxtəlif kanallarla səsləndirildiyini, lakin Rusiya tərəfinə heç bir rəsmiləşdirilmiş təklifin daxil olmadığını vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyə mediasında Ankaranın Qara dənizdə Rusiya və Ukraynaya üzən ticarət gəmiləri üçün iki ayrı təhlükəsizlik dəhlizinin yaradılmasını təklif edə biləcəyi barədə məlumatlar yayılmışdı.

İddiaya görə, həmin plan çərçivəsində Moskva və Kiyev bu marşrutlara zərbə endirməmək öhdəliyi götürməli idi.