DSX-də generalların yeri dəyişdi – Pirizadə Elçin Quliyevin müavini oldu

DSX-də generalların yeri dəyişdi – Pirizadə Elçin Quliyevin müavini oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib.

Tribuna.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.

General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin olunub.

Başqa Sərəncamla DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.