İranda iqtisadi böhran pik həddə: Dollar bir gündə 30 faiz bahalaşdı

İranda iqtisadi böhran pik həddə: Dollar bir gündə 30 faiz bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda iqtisadi vəziyyət getdikcə daha da pisləşir.

Tribuna.az xəbər verir ki, dünən ölkədə sərbəst bazarda dolları birdən birə sürətlə bahalaşmağa başlayıb.
Belə ki, dünənə qədər 1 dollar 156 min tümənə satılırdısa, günün sonunda bu qiymət 1 dollar üçün 181 min, ddaha sonra isə 190 min tümənə qalxıb. Nəticədə, İran valyutası gün ərzidə dollar qarşısında 30 faizə qədər ucuzlaşıb.
Bundan başqa, İrandakı mövcud rejim öz tərəfdarlarına aylıq maaş da verə bilmir. Yerli media da etiraf edib ki, iş yerlərinin kütləvi bağlanması səbəbindən işsizlik problemi də hökuməti ciddi sıxıntıya salıb.
Ən kritik durum isə İran rejiminin əsas dəstəkçiləri olan Bəsic üzvləri üçün yaşanır. Belə ki, müharibədən bəri bu qruplaşmanın üzvləri maaşlarını ala bilmirlər.

Fərda Uğur