Dünəndən etibarən İranda benzin qıtlğı yaranıb.
Tribuna.az xəbər verir ki, Təbriz və digər iri şəhərlərdə sürücülər avtomobillərinə yanacaq almaq üçün uzun növbələrdə qalmalı olublar.
Rəsmi qurumlar hər hansı problemin olmadığını bildirirlər. Lakin iki gündür davam edən problem vəziyyətin heç də rəsmi açıqlamadakı kimi olmadığını göstərir.
İran sosial şəbəkələrində yayılan xəbərlərdə qeyd edilir ki, böhranın səbəbi hökumətin qiyməti qaldırmaq üçün qurduğu oyundur. Belə ki, bundan əvvəlki dönəmlərdə də Tehran benzini bahalaşdırmaq üçün analoji addımları atmışdı.
Lakin benzin məsələsi İranda həmişə iğtişaşlara səbəb olub. Sonuncu belə hadisə 2019 və 2020-ci illərdə baş verib. Həmin vaxt İranda ciddi etirazlar baş qaldırmış və çoxlu sayda YDM yanıdılmışdı.
Güman edilir ki, analoji hadisələr yenidən təkrarlanacaq.
Fərda Uğur








