İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı briqada generalı Əlirza Səbahi-Fərd Bavar-373 yer-hava raket sisteminin ikinci versiyasını qurmaq planlarını açıqlayıb.
Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, Səbahi-Fərd deyib: “Yaxın vaxtlarda İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrindən şad xəbər veriləcək”.
“Bavar-373 raket sisteminin ikinci versiyası birinci versiyadan daha təkmil olacaq və hava hücumundan müdafiə sahəsində gücümüzü daha da artıracaq” deyib.
Bavar-373 sisteminin uzun mənzilli sınağı ilə bağlı hesabata görə, Bavar-373 sisteminin aşkarlama radarının 350-dən 450 kilometrə, nişan alma məsafəsinin isə 260-dan 400 kilometrə yüksəldiyi bildirilir.
O, həmçinin qeyd edib ki, raketin məsafəsi 200-dən 300 kilometrə, nişan hündürlüyü isə 27-dən 32 kilometrə yüksəlib.
Müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani bildirib ki, İranın Müdafiə Nazirliyi İran silahlı qüvvələrinin bütün ehtiyaclarını ödəmək üçün müxtəlif növ hərbi texnika istehsal etmək gücündədir.









