Məlum olduğu kimi, iki gün öncə Yaxın Şərqdəki ABŞ hərbi donanmasına aid olan “Linkoln” gəmisi İrana məxsus PUA-nı vurduğunu bildirmişdi.
Tribuna.az xəbər verir ki, gəminin komandanlığı PUA-nın onlara çox yaxınlaşdığını görərək, bu addımı atıblar.
Bu gün isə İran tərəfi ABŞ tərəfindən vurulan dronun Tehrana aid olmadığını iddia edib. İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi dronun Tehranla hər hansı bir əlaqəsinin olmadığını bildirib. Rzayi sonda ABŞ-ı təhdid də edib: “Boş küçənin lotusu, dronlar yoldadır!”
Fərda Uğur









