İRAN VƏ ABŞ GİZLİ DANIŞIQLAR APARIR

İRAN VƏ ABŞ GİZLİ DANIŞIQLAR APARIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Co Baydenin İran üzrə xüsusi nümayəndəsi Robert Melli bu yaxınlarda İranın BMT-dəki səfiri ilə bir neçə görüş keçirib.

Tribuna.az-ın xəbərinə görə, “The Financial Times” yazır ki, Mellinin Əmir Səid İravani ilə təmasları Donald Trampın prezidentliyindən sonra Vaşinqton və Tehran rəsmiləri arasında ilk birbaşa təmas ola bilər.

2018-ci ildə Tramp ABŞ-ı İran və dünya qüdrətləri arasında nüvə sazişindən çıxarıb.

Qəzet diplomatlara və analitiklərə istinad edərək qeyd edib ki, İrəvani keçən il BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına səfir təyin olunmazdan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli üzvü olub.

“Əsirlərin mübadiləsi danışıqların başlanğıcı olacaq”, – diplomat bildirib. “Nüvə sazişinin olacağı ehtimalı azdır, amma aralıq razılaşma və ya buna bənzər bir şey ola bilər”.

Digər ABŞ rəsmisi deyib ki, administrasiya “həmişə diplomatiyanın İranın nüvə silahına sahib olmasının qarşısını almağın ən yaxşı yolu olduğuna inanıb”.

Qeyd edək ki, Financial Times xəbəri MAQATE İranın gizli nüvə fəaliyyətində şübhəli bilinən obyekti ilə bağlı təhqiqatı bağladıqdan az sonra dərc edilib.
İsrail mediası xəbər verir ki, eyni zamanda İsrail müşahidəçiləri Tehranın təzyiqinə boyun əyməkdə ittiham edib.