İranda baş verən müharibə fonunda yanacaq qiymətlərinin artması aviasiya sahəsinə təsirsiz ötüşməyib.
Tribuna.az “Fiancial Times”a istinadən xəbər verir ki, təyyarə yanacaqlarının qiymətində iki dəfə artım müşahidə olunub.
Nəşr qeyd edib ki, yanacaqların qiymətinin artması öz növbəsində təyyarə biletlərinin artımına səbəb olub. “Avropa və Asiya arasındakı uçuşların üçdə birini icra edən Körfəz ölkələrinin aeroportlarının bağlanması uçuşları idarəolunmaz hala salıb”
“Fiancial Times” vurğulayıb ki, dünya üzrə aviaşirkətlər may ayı cədvəllərindən uçuş üçün ümumilikdə 2 milyon oturacaq yerini çıxarıb. Bundan başqa, may ayı üzrə 12 min uçuş isə ləğv edildiyini də qeyd edib.
Nəşr yazır ki, oturacaq yerləri çıxarılan və uçuşları ləğv edən şirkətlər arasında ilk üçlüyü “Türk Hava Yolları”, “Çin Hava Yolları” və “Lufthansa” tutub. “Sıralamada digər şirkətlərdən “United Airlines”, “Biritish Airways”, “American Airlines”, “All Nippon Airways” və digər şirkətlər yer alıb”.
Fərda Uğur









