Ötən gün İranın bir neçə ərəb ölkəsinə PUA və raketlə hücum etməsi barədə xəbər yayılıb.
Tribuna.az xəbər verir ki, bu hadisə ilə bağlı SEPAH açıqlama yayıb.
Bildirilib ki, ABŞ-la əldə olunmuş atəşkəs razılaşmasından sonra onlar heç bir ölkəyə hücum etməyiblər. “Əgər mediada yayılan xəbərlər doğrudursa, deməli, bu, şübhəsiz ki, sionist düşmənin və ya ABŞ-ın işidir”.
Qeyd edək ki, İran müharibənin qızğın vaxtıə Naxçıvan və Türkiyəyə PUA və raketlər atmasını da inkar etmişdi.
Fərda Uğur









