Uzun müddətdir Zəngəzur dəhlizinə qarşı çıxan İran, bunu Avropaya açıqlan qapısının bağlanması ilə əsaslandırırdı.
Tribuna.az xəbər verir ki, rəsmi Tehran “Tramp yolu” məsələsi ortaya çıxdıqdan sonra isə mövzunu dəyişərək, başqa bəhanələr ortaya atmışdı.
Azərbaycan əleyhinə yönəlmiş bu addımlar fonunda Bakıdan verilən mesajlar isə tam əksini göstərirdi. Belə ki, Bakı illərdir İrana izah etməyə çalışırdı ki, onun Qara dənizə, Rusiya və Avropaya çıxışı üçün ən optimal yol Azərbaycan üzərindən keçir. Bunun üçün isə ciddi tranzit xərcləri də tələb etmədiyini açıqlamışdı. Lakin Tehran mollaları kor tutduğunu buraxmayan kimi, iddialarında qalırdılar.
Nəhayət, deyəsən, artıq başa düşməyə başlayıblar. Tribuna.az bildirir ki, SEPAH-a bağlı “Təsnim” Agentliyi İranın yeni yanaşması ilə bağlı geniş məqalə dərc edib. Orada bilddirilir ki, Culfadan Şimal-Cənub Dəhlizinin tamamlanması üçün 62 km dəmir yolunun çəkilməsi vacibdir. “Bu, İrana Ağbənd-Zəngilan vasitəsi ilə Rusiya və Avropaya qapı açacaq”.
Agentli qeyd edir ki, məsələni yubatmaq lazım deyil. “Dərhal işə başlanılmalıdır. Çünki bu yol İran üçün ciddi və optimal yükdaşıma prosesində müstəsna xidmət göstərəcək”.
Fərda Uğur









