İran Ermənistandan mis almaqla öz tərəfinə çəkmək istəyir

İran Ermənistandan mis almaqla öz tərəfinə çəkmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran zaman içində Ermənistanı öz tərəfinə çəkmək üçün müxtəlif vasitələrə əl atmağa başlayıb.

Tribuna.az xəbər verir ki, Tehran İrəvanla turizm sahəsində dərin əməkdaşlıq etmək üçün artıq bir sıra adddımlar atıb.

Lakin görünən odur ki, İran tərəfi bunun yetərli olmadığını görməyə başlayıb. Xüsusən də Ermənistanın Aİ ilə Tərəfdaşlıq Sazişi imzalaması və baş nazir Nikol Paşinyanın Almaniya səfərindən sonra yeni manevrlərə start verib. Elə bu səbəbdən də yeni təkliflə çıxış edib.

Belə ki, İran Ermənistandan mis almaqla onun valyutaya olan ehtiyacının bir qismini qarşılamaq fikrindədir. Bu barədə yazan “Mehr” Agentliyi bildirib ki, İran Ermənistanla yaxın siyasi-təhlükəsizlik əlaqələri olan strateji qonşu kimi ölkənin mis hasilatı imkanlarından istifadə etməklə İrəvanın Qərb dövlətlərinin maliyyə yardımına ehtiyacının qarşısını ala bilər.

Agentlik hesab edir ki, bu addım Ermənistanın müstəqilliyini möhkəmləndirə bilər.

Bundan başqa, İran nəşri Zəngəzur dəhlizini “saxta” adlanddırmaqddan da çəkinməyib. Üstəlik, dəhlizə qarşı çıxmaqla Tehranın Qafqazda strateji mövqelərini gücləndirə biləcəyini qeyd edib.

Fərda Uğur