İran Dünya Kubokuna qatılmayacaq?

İran Dünya Kubokuna qatılmayacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Paolo Zampollinin İranın yerinə İtaliyanın qarşıdan gələn Dünya Kubokuna daxil edilməsi üçün FİFA-ya müraciət etdiyi iddia olunur.

Tribuna.az -ın xəbərinə görə, “Financial Times” yazır ki, bu təşəbbüs Tramp və İtaliyanın Baş naziri Giorgia Meloni arasında münasibətləri yumşaltmaq cəhdi kimi qiymətləndirilir.

Zampolli FİFA-nın prezidenti Canni İnfantinoya İranın əvəzlənməsi təklifini təsdiqlədiyini bildirib, lakin bu ideyanın rəsmi qəbul olunub-olunmayacağı hələ məlum deyil.

İran isə turnirdə iştirak etməyə hazır olduğunu açıqlayıb və qərarını FİFA-nın mövqeyindən asılı olaraq verəcəyini bildirib.