Hələ xeyli əvvəl gündəmə gələn, lakin bir ara müzakirə edilməyən İran-Rusiya qaz kəməri məsələsi yenidən danışıqlar predmentinə çevrilib.
Tribuna.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazem Cəlali bununla bağlı Moskva ilə danışıqlar apardıqlarını bildirib.
O qeyd edib ki, qaz kəmərinin çəkilməsi zamanı Azərbaycan ərazisindən istifadə olunacaq. “İran Azərbaycan vasitəsilə Rusiya ilə qaz əməkdaşlığının inkişaf etdirilməsinin tərəfdarıdır. Azərbaycan marşrutu hazırda mübadilənin inkişafı və qaz nəqli imkanlarının genişləndirilməsi baxımından ən real və hazır seçimdir”.
Fərda Uğur









