İngilislər pullarını dəyişirlər: Funt-sterlinq üçün yeni dizayn

İngilislər pullarını dəyişirlər: Funt-sterlinq üçün yeni dizayn

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Mərkəzi Bankı yerli valyuta olan funt-sterlinqi dəyişmək barədə qərar qəbul edib.

Tribuna.az xəbər verir ki, bu addımın atılmasının səbəbi yerli valyutanı qorumaqdır.

Məlumatda deyilir ki, hazırkı əskinaslarda keçmiş Baş nazir Ser Uinston Çörçill (5 funt), yazıçı Ceyn Ostin (10 funt), rəssam Ceyms M. V. Terner (20 funt) və riyaziyyatçı və kompüter alimi Alan Turinq (50 funt) təsvir olunub. Onların yerinə porsuq və qunduz şəkilləri vurulacaq. Yalnız Kral III Çarlzın şəkli əskinasların ön tərəfində qalacaq.

Vurğulanır ki, yeni əskinaslar yalnız bir neçə ildən sonra dövriyyəyə buraxılacaq.

Fərda Uğur