“İmişli” – “Karvan – Yevlax” sülhlə ayrıldılar

“İmişli” – “Karvan – Yevlax” sülhlə ayrıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində növbəti qarşılaşma baş tutub.

Tribuna.az xəbər verir ki, “İmişli” – “Karvan-Yevlax” matçında qalib müəyyənləşməyib. Belə ki, tərəflər hərəyə bir qol vurmaqla 1:1 hesablı heç-heçə ilə kifayətləniblər.

Hesabı oyunun 29-cu dəqiqədə “İmişli” komandası açıb. Dioqo Almeyda dəqiq zərbə ilə komandasını önə çıxarıb  – 1:0. “İmişli”nin qələbə sevinci 10 dəqiqə çəkib. 39-cu dəqiqədə “Karvan-Yevlax”ın üzvü Vadim Abdullayev fərqlənib – 1:1.

İkinci hissədə də hesab dəyişməyib və tərəflər 1:1 hesablı sülhə razılışıblar.