Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Bu gün Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.
100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıb. Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Qasımov 78 saniyəyə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. O, 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarini ilə qarşılaşacaq.
Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finalda rəqibi yaponiyalı Aaron Volf olub. Kotsoyev ipponla uduzaraq, mübarizəni dayandırıb.









