Son illərdə mediada dolaşan xəbərlərdə və araşdırmalarda bildirilib ki, heyvanların içalatını yemək zərərlidir. Xüsusən də ciyərdə zərərli maddələrin toplanması,çirkləndiricilər, ağır metallar və antibiotik qalıqları toplanmış ola bilər ki, bu da düzgün qaydada seçilmədikdə sağlamlığa təsir göstərə bilər. Bir çox risk faktorunun olduğu qeydə alınıb.
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən qida mütəxəsisi-ekspert Ağa Salamov bildirib ki, bu fikirləri səsləndirənlər sanki bir qrup yaradıblar ki, insanları hər şeydən iyrəndirsinlər.
Ağa Salamovun sözlərinə görə, insanlara qarşı sanki bir təxribat aparırlar ki, onları yeməkdən içməkdən iyrəndirsinlər. Hətta çörəyi, broyleri pisləyirlər. Deyəndə ki, “gətir ortaya elm qoy”, heç bir isbat təqdim edə bilmirlər. Qaraciyər zəhərtoplayan orqan deyil, əsasən zərərsizləşdirən və metabolizə edən Bir orqandır. Toksinlər əsasən böyrək və öd vasitəsilə xaric edilir. Burada ağır metallar, petsitlər toxumalarda müəyyən qədər qala bilər. Ciyər özü zəhərli deyil. Heyvanın yetişdirilmə və nəzarət şəraitindən asılıdır.
Məsələyə elmi tərəfdən yanaşan mütəxəsis əlavə edib:
“Qaraciyər bir də detoksifikasiya orqanıdır. Yəni, qanla gələn maddələrlə birbaşa təmasdadır. Bəzi ağır metallar, kadmium burada rast gəlinə bilər. Amma böyrəklər isə qanın filtrasiya orqanıdır. Yəni, kadmium və qurğuşun kimi maddələr böyrəklərin toxumasında daha yüksək konsentrasiya oluna bilər. Qaraciyərdə az ola bilər, amma böyrəklərdə bir az ola bilər. Elmi araşdırmalarda ən yüksək ağır metal göstəriciləri böyrəklərdə tapılır. Burada qaraciyərin günahı yoxdur. Qaraciyər özü zəhərləri, toksinləri təmizləyən orqandır.
“Nəticə olaraq normal təsərrüfat şəraitində yetişdirilmiş, baytarlıq nəzarətindən keçmiş, təhlükə həddi olmayan heyvanların yemləri, vaksinasiyaları, antibiotikləri də nəzarətdə olur. Risk əsasən sənayedə, çirklənmiş ərazidə otlayan, yəni qadağan olan ərazilərdə otlayan heyvanlar risk daşıyıcısıdır. Hətta zərərli toksinlər heyvanların toxumalarınavə ətlərinə də keçəcək. Yaxud da qeyri-rəsmi kəsim, mənşəyi bilinməyən yerdə kəsilən heyvanlarda risk ola bilər. Yaxud da antibiotiki gözləmə müddəti var. Bu gözləmə müddətinə əməl olunmadıqda, təbii ki, riskli ola bilər. Bunu bütün içalatlara şamil etmək düzgün deyil. Amma öd yeyilmir. Artıq buna AQTA nəzarət edir ki, bunlar antibiotik gözləmə müddətinə əməl edirmi, heyvanlar harada otlayır, harada kəsilir, yemi nədir və s.”
Dəniz Pənahova










