ABŞ-la İslamabadda nəzərdə tutulan danışıqlar raundunun ikinci mərhələsinin nə zaman keçiriləcəyi sual altındadır.
Tribuna.az xəbər verir ki, rəsmi Tehran bir sıra şərtlərin pozulmasını əsas gətirərək, danışıqlardan imtina edir.
İranın parlamentinin deputatı Əlirza Abbasi bildirib ki, nüvə məsələsi danışıqlar mövzusu olmamamlıdır. Onun sözlərinə görə, danışıqlar yalnız kompensasiya və Hörmüz boğazı üzərində suverenlik kimi məsələləri əhatə etməlidir.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əli Xəzrian isə bəyan edib ki, ölkənin dini lideri Müctəba Xamenei danışıqların uzadılmasına qəti şəkildə qarşıdır. O, həmçinin Xamineyinin ABŞ-la danışıqlar məsələsinə ciddi yanaşmadığını vurğulayıb.
Ən qəribə açıqlamanı isə prezidentliyə keçmiş namizəd Əmir Hüseyn Qazizadə Haşimi verib. O, Pakistanın vasitəçiliyindən imtina edilməsini vacib sayıb: “Pakistan Səudiyyə Ərəbistanından maliyyə asılılığı və Pakistan təhlükəsizlik xidmətlərində və ordusunda ABŞ-nin geniş təsiri səbəbindən Tehran və Vaşinqton arasında vasitəçilik etmək üçün yararsızdır. BƏƏ təhlükəsizlik xidmətlərinin və maliyyə strukturlarının Pakistanın Bəlucistan bölgəsində təsiri, eləcə də separatçı qruplara dəstəyi ölkəni danışıqlar üçün yararsız edir”.
Fərda Uğur









