Ermənistanda nəşr olunan “Fakt” qəzeti qəribə iddia ilə çıxış edib.
Tribuna.az xəbər verir ki, nəşr Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə kifayət qədər ehtiyatı olan mədənlərin olduğunu yazıb.
Həmin məlumata görə, yolun keçəcəyi Terterasar, Meğrasar ərazilərində iri qızıl yataqları mövcuddur. “Həmin yolun üzərində həmçinin Voskedzor, Mərcan və Azatek qızıl-polimetal, Qladzor polimetal, Vayk mis, eləcə də Hrazdan və Abovyan dəmir mədənləri yerləşir”.
Nəşrin iddiasına görə, əgər yol açılarsa, bu mədənlər Azərbaycanın nəzarətinə veriləcək.
Fərda Uğur









