Hörmüz boğazında gəmilərin hərəkəti dayandırılıb

Hörmüz boğazında gəmilərin hərəkəti dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrailin Livana endirdiyi hücumlara cavab olaraq Hörmüz boğazından gəmilərin keçidini müvəqqəti dayandırıb.
Tribuna.az xəbər verir ki, bu barədə İranın Fars agentliyi məlumat yayıb.

Məlumata görə, İsrailin Livandakı hərbi əməliyyatları ilə eyni vaxtda neft tankerlərinin boğazdan keçidi də dayandırılıb.

Bundan əvvəl Tasnim agentliyi yazıb ki, əgər İsrail Livana hücumları davam etdirsə, İran ABŞ ilə əldə olunan atəşkəs razılaşmasından çıxa bilər. Mənbənin sözlərinə görə, İran hərbçiləri eyni zamanda mümkün cavab tədbirləri üçün hədəfləri müəyyənləşdirirlər.

ABŞ Prezidenti Donald Tramp isə İranın təqdim etdiyi təkliflər əsasında danışıqlara hazır olduğunu bildirib və İrana qarşı zərbələri iki həftəlik dayandıracağını açıqlayıb. Bildirilir ki, İran və İsrail də müəyyən müddət üçün qarşılıqlı hücumları dayandırmaq barədə razılığa gəlib.