Nasist Almaniyasının lideri Adolf Hitlerin Avstriyada doğulduğu ev polis bölməsinə çevrildikdən sonra polisə insan haqları sahəsində təlim keçmək üçün istifadə olunacaq.
Tribuna.az Haber Türk-ə istinadən xəbər verir ki, 2019-cu ildə alınan qərarla polis bölməsinə çevrildikdən sonra təhlükəsizlik qüvvələrinə insan haqları sahəsində təlim keçiləcəyi açıqlanıb.
Hitlerin doğulduğu evin taleyi ilə bağlı keçirilən rəy sorğularında əhalinin 53 faizi bu evin anti-nasist dünyagörüşü qurumuna çevrilməsi lazım olduğunu, 23 faizi isə qanuni şərtlərə görə binanın sökülə bilməyəcəyini bildirib.
Adolf Hitlerin 1889-cu ildə doğulduğu ev ölkədə ciddi müzakirələrə səbəb olub.









