Hakopyan: “Paşinyan Əliyevin oyuncağıdır”

Hakopyan: “Paşinyan Əliyevin oyuncağıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər Paşinyan  hakimiyyətdə qalarsa, Ermənistandakı bütün kilsələri dağıdacaq”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə  İrəvanda yayınlanan “Yerevan.today” saytının baş redaktor Sevak Hakobyan çıxış edib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalarsa, tezliklə Prezident İlham Əliyevin hazırlatdırdığı yeni konstitusiya qəbul ediləcək. “Onun qələbəsi Ermənistanın regional oyuncağa çevrilməsinin davam etməsi demək olacaq”.

Hakobyan bildirib ki, növbəti mərhələdə müharibəni güzəştlər şəklində görəcəklər. “Lakin öz ordusunu “ehtiyat alət” elan edən və daim güzəştlər edən zəifləmiş bir hökumət heç vaxt sülh gətirməyəcək”.

Baş redaktor onu da qeyd edib ki, Paşinyan Əliyevin oyuncağıdır. “Təsəvvür edin, Əliyev görür ki, növbəti 5 il ərzində onun oyuncağı yenidən Ermənistanda hakimiyyətdə olacaq. O, növbəti mərhələyə, Qərbi Azərbaycan planının praktiki həyata keçirilməsinə start verəcək. Sonrakı mərhələ isə qondarma Ermənistan hökuməti Əliyevə istədiyini güzəştə gedəcək. Daha sonra anklav adı altında torpaqları əlindən alacaq, dəhliz təhvil verəcək və çox güman ki, ölkəmizdə azərbaycanlıları qəbul edəcək. Bu, sülh olmayacaq, bu, Ermənistanın yavaş, dönməz işğalı olacaq”.

Fərda Uğur