Güllələnərək öldürülən vəkil Firudin Ələkbərli kimdir? – FOTOLAR

Güllələnərək öldürülən vəkil Firudin Ələkbərli kimdir? – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda güllələnən vəkil Firudin Ələkbərli haqqında yeni məlumatlar əldə edilib.

Firudin Ələkbərli Tovuz rayon Xalq məhkəməsinin (indiki Tovuz rayon Məhkəməsi) sədri vəzifəsində çalışıb və fəaliyyətində qanunu kobudcasına pozduğuna görə 1995-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdimatını nəzərə alaraq, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq onu vəzifədən azad etmiş və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum etmişdir.

Özünü vəkil kimi təqdim edən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü olmayıb. Sadəcə nümayəndə kimi məhkəmələrdə təmsil olunub.Cinayətdə günahlandırılan 1959-cu il təvəllüdlü, “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlu
Tovuz rayonunda məhşur “Qaz Qulu” adlanan gölün müdiridir.

Rayonda çox imkanlı adam kimi tanınır.

Baku.ws