Gömrük Komitəsi bu məmuru cərimələdi

Gömrük Komitəsi bu məmuru cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin (AzMİ) baş direktoru Xamis Seyranov cərimələnib. 

Tribuna.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol yazıb və iş məhkəməyə göndərilib.
Məlum olub ki, İnstitut tərəfindən Almaniyadan idxal edilmiş yüklərə dair Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməyib.
Məhkəmənin qərarı ilə, “Azərbaycan Metrologiya İnstitutu”nun baş direktoru İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
Qaynarinfo