Xəbər verildiyi kimi, “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Tribuna.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb:
“Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.









