Gənc Tamaşaçılar Teatrı Belarusiyada festivalda çıxış edəcək

Gənc Tamaşaçılar Teatrı Belarusiyada festivalda çıxış edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə Belarusiyanın Brest şəhərində keçirilən 30-cu “Belaya Veja” Beynəlxalq Teatr Festivalında çıxış edəcək

Tribuna.az xəbər verir ki, sentyabrın 14-də, saat 20:00- da Brest Akademik Dram Teatrının səhnəsində nümayiş olunacaq birhissəli səhnə əsərinin quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova, ifaçı Əməkdar artist Şövqi Hüseynovdur.

Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.

Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Qeyd edək ki, “Kontrabas” monotamaşası bir çox nüfuzlu beynəlxalq feativallarda iştirak edərək mükafatlar qazanmışdır.