“Sülh sazişi tək kağız üzərində olmamalıdır”

“Sülh sazişi tək kağız üzərində olmamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır”.

Tribuna.az -ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.

Onun sözlərinə görə, saziş insanların həyatına mütləq töhfə verməlidir:

“Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüslə çıxış edir. Düşünün, Azərbaycanın 30 il ərzində mədəni-tarixi abidələri dağıntılar altında qaləb, insanları köçkün düşüb. Bütün bunların fonunda Prezident İlham Əliyev münaqişədən sonra da sülh təşəbbüsü ilə çıxış edib. Sazişin bütün fundamental tələblərinə Azərbaycanda icra edilir. Biz revanş almaq niyyətində deyilik. Sülh sazişinin imzalanması bu istiqamətdə mühüm addımdır. Bununla belə, uzunmüddətli və davamlı sülhün təmin olunması üçün əlavə addımlar atılmalı, müxtəlif təşəbbüslər həyata keçirilməlidir.

Azərbaycan xalqı münaqişə dövründə mədəni və dini irsinin dağıdılması, digər dəyərlərinə zərər vurulması ilə üzləşib. Hesab edirik ki, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında həqiqi sülhün qurulması üçün bu məsələlərə də diqqət yetirilməlidir.

Azərbaycan xalqından üzr istənilməsi də vacib məsələlərdəndir. Xüsusilə, 30 il ərzində doğma torpaqlarına qayıda bilməyən azərbaycanlıların yaşadıqları nəzərə alınmalıdır. Sülh sazişinin imzalanması ilkin mərhələdir. Əsas məqsəd isə uzunmüddətli perspektivdə həqiqi sülhə nail olmaqdır”.